Özəl:

Yumurta maskası ilə dərinizi təmizləyin və cavanlaşdırın



Yumurta maskası ilə dərinizi təmizləyin və cavanlaşdırın
Dəri ləkələrini aradan qaldırmaq üçün
Parlaq və ləkəsiz bir dəri üçün  limon suyu və yumurta ağını istifadə edə bilərsiniz.
1 yumurtanın ağına 10 damla limon damladın və yaxşıca çırpın. Axıcı konsistensiyada olan maskanı barmaq uclarınızla dərinizə sürətlicə çəkin. Yumurta və limon qarışığınızı dərinizə dairəvi hərəkətlərlə tətbiq edin və 10 dəqiqə qurumasını gözləyin.

Xüsusilə yağlı dəriyə sahibsinizsə, bu maskanı həftədə 2 dəfə tətbiq edərək işıqlıq, hamar və daha möhkəm bir dəriyə sahib ola bilərsiniz.

Qırışıqlıqları aradan qaldıran yumurta ağı maskası

Dəridəki qırışıqlıqları yox etmək və məsamələrinizi təmizləmək üçün yumurta ağını əsmər şəkərlə qarışdıraraq çırpın.  Yaxşıca köpürənə qədər çırpılan qarışığı barmaq uclarınızla üzünüzə tətbiq edin.  Dairəvi hərəkətlərlə problemli bölgələrinizə masaj edin və 15 dəqiqə gözləyin.  Ardından dərinizi bol suyla yuyun. Aynaya baxdığınızda dərinizin həqiqətən dəyişdiyinizi görəcəksiniz. Qarışığın bu qədər təsirli olmasının səbəbi yumurtanın içərisində olan amin turşularıdır.

Qara nöqtə təmizləmək üçün

Yumurta və bir salfet köməyi ilə qara nöqtələrdən xilas olmaq çox asan!
Əvvəlcə yumurtanın sarısını və ağını bir-birindən ayırıb iki fərqli kasaya qoyun.
Daha sonra əvvəl ağ qisimini çırpın və  alınınıza,  burnunuza və çənənizə çəkinn. Yumurta çəkdiyiniz bu bölgələrin üzərini incə bir salfetlə örtün və qurumasını gözləyin. Əgər gözləmək istəmirsinizsə, bir fen  köməyi ilə üzünüzdəki maskaları quruda bilərsiniz.

Salfetlər quruduqdan sonra yavaşca üzünüzdən soyaraq çıxarın. Salfetlərin üzərində incəcik tükə bənzər şeylər görəcəksiniz; bunlar məsamələrinizi bağlayan çirk və yağlar.
Yumurta sarısı, dərinizdə şəffaf və parlaq bir maska halına gələcək. Bu maska quruyana qədər gözləyin və daha sonra bol suyla dərinizi yuyun.
Yumurta sarısının içərisində olan faydalı yağlayar dərinizi sıx bir şəkildə nəmləndirəcək və qidalandıracaq.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər