Özəl:

Dərinizə vazelinlə qulluq edin



Dərinizə vazelinlə qulluq edin
Dırnaqlarınız üçün manikür
Baxımlı dırnaqlara sahib olmaq istəyirsinizsə, hər dırnağınız üçün mərcimək dənəsi böyüklüyündə vazelin tətbiq edin. Beləcə dırnaqlarınızın mat səthi köhnə parlaqlığına qovuşarkən, dırnaq ətləriniz ehtiyac hiss etdiyi nəmə sahib olacaq.

Sərt nöqtələri yumşaldır

Bədəninizin çatlayaraq və quruyaraq sərtləşmiş nöqtələrinə, dodaqlarınıza, topuqlarınıza, dirsəklərinizə və dizlərinə tətbiq edəcəyiniz vazelin dərinizi qidalandıraraq, arzu etdiyiniz yumşaqlığı sizə təmin edəcək.

Təsirli makiyaj təmizləmə

Suya dayanıqlı kirpik üçün tuşlarınızı, ağır göz makiyajlarınızı rahatlıqla çıxarmanın ən rahat və təsirli yolu pambığın üzərinə çəkilmiş bir miqdar vazelin, xəbəriniz olsun.

Düz qaşlar üçün

Əgər qaşlarınız dağınıq görünürsə, üzərlərinə bir az vazelin vurun və bir qaş fırçası köməyi ilə darayın. Bu qaşlarınızın düz dayanmasını təmin edəcək.

Çatlamış saç ucları
Baxımına bir az laqeyd yanaşdığınız saç uclarınız üçün vazelin sizə kömək edir. Barmaq uclarınıza bir miqdar vazelin alın və çatlamış saç uclarınıza tətbiq edin. Bu şəkildə saç uclarınız daha düz dayanacaq və elektriklənməyi önləmiş olacaqsınız.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər