Özəl:

Üzün ingilissayağı təmizlənməsi



Üzün ingilissayağı təmizlənməsi
Təmizlənmə 4 mərhələdən ibarətdir. Onların hər birində müəyyən komponentlərin istifadəsi nəzərdə tutulub. Yeniqadin.Biz xəbər verir ki, bu proseduranı həyata keçirərkən ardıcıllığa riayət edilməsi vacibdir:
1. Bir xörək qaşığı yulaf ununu 1 çay qaşığı bitki yağı ilə qarışdırın.
2. Bir xörək qaşığı balı 1 çay qaşığı alma şirəsi ilə qarışdırın.
3. 1/2 stəkan turş kefiri 1/2 çay qaşığı limon şirəsi ilə qarışdırın.
4. Mineral su ilə doldurulmuş pulverizator

Tətbiqi:
1.Üç dəqiqə ərzində yağlı-yulaflı kütləni pambıqla dərinizə masaj edərək sürtün. Sonra 5-7 dəqiqə gözləyin.
2. Ballı-şirəli məhlulu üzünüzə çəkin, 5-7 dəqiqə gözləyin.
3. Üzünüzü yumadan kefirli məhlulu çəkin.
4. Üzünüzü təmiz su ilə yuyub. Mineral suyu pulverizatorla üzünüzə çiləyin və ya tənzifi suya batırıb 2-3 dəqiqə üzünüzdə saxlayın.
Belə təmizləmə sayəsində dərinin buynuz qatı qismən çıxarılır ki, nəticədə dəri ölü hüceyrələrdən təmizlənir. Beləliklə, yenilənən dəri cavanlaşmış və təravətli  görünür. Proseduranı hamamda aparmaq daha məqsədəuyğundur.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər