Özəl:

Üz dərisini təmizləmək üçün 4 təbii üsul



Üz dərisini təmizləmək üçün 4 təbii üsul
Üsul 1

Kleopatranın ən köhnə gözəllik terapiyası süd vannalarıdır. Südün mükəmməl təmizləyici olduğu doğrudur. Bir parça pambıq götürün, otaq istiliyində soyudulmuş və ya soyuq südə batırın və üzünüzü təmizləyin. Quru dərilər üçün mükəmməl üsuldur.

Üsul 2

Üzünüzü iki çay qaşığı karbonat və 1 çay qaşığı limon suyu məhlulu ilə təmizləyin. Sadəcə su ilə durulayın. Yağlı dərilər üçün ideal seçimdir.

Üsul 3

Susam toxumunu əzin və balla birləşdirərək məcun halına salın. Üzünüzə masaj edərək çəkin və sonra üzünüzü yuyun. Quru dərilər üçün məsləhət görülür. Dərini nəmləndirir və təmizləyir.

Üsul 4

Noxud unu və bir miqdar toz zərdəçalı qarışdırın, içinə alma sirkəsi və ya gül suyu əlavə edərək məcun halına salın. Üzünüzü təmizlədikdən sonra yuyun. Bütün dəri tiplərinə uyğundur.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər