Özəl:

Ballı sızanaq maskaları



Ballı sızanaq maskaları
Bir-birindən xüsusi ballı sızanaq maskaları ilə qüsursuz dəri tipinə sahib olmanın zamanıdır. Sizlər də təkliflərimizi göz qarşısında saxlayaraq bütün sızanaq probleminə əlvida deyə bilərsiniz.

Xüsusi ballı maska
-Bir çubuq darçın
-Çiçək balı
Maskanı hazırlamaq üçün bir çubuq darçın ilə 1 yemək qaşığı çiçək balını qarışdırırıq. Əldə etdiyimiz ballı maska qarışığını sızanaq olan bölgələrə incə bir təbəqə halında çəkirik və 15 dəqiqə boyunca gözləyirik.

Sızanaqları Qurudan Ballı Maska Tərifi
-Limon suyu
-Bal
Sızanaqları qurudan maskanı hazırlamaq üçün bir ədəd limonun suyunu sıxaq və 1 yemək qaşığı bal əlavə edərək qarışdıraq. Əldə etdiyimiz ballı qarışığı sızanaq olan bölgələrə masaj köməyi ilə çəkək və 30 dəqiqə gözləyək. Maskanın tərkibində olan limon suyu sızanaqların qurumasını təmin edəcək.

Sızanaqlar Üçün Möcüzəvi Ballı Maska Tərifi
-Bal
-Zeytunyağı
Sızanaqlara qarşı çox təsirli olan maska tərifi üçün 1 yemək qaşığı bal ilə 2 yemək qaşığı zeytunyağını qarışdıraq. Hazırladığımız maskanı dəri üzərinə masaj hərəkətləri ilə çəkək və 15 dəqiqə gözləyək. Bu maska sızanaqları qurudarkən eyni zaman da sağlam və canlı dəri tipinə sahib olmanızı da dəstəkləyəcək.

Sizlər də ən xüsusi ballı maska tərifləri vasitəsilə xəyal etdiyiniz dəri tipinə sahib ola bilərsiniz.
Offline
  • Şərh №: 2
  • 26 mart 2017 00:18
  • Xəbər sayı: 17
  • Şərh sayı: 140
Сообщение

tewekkurler birdenem.

--------------------
Offline
  • Şərh №: 1
  • 23 mart 2017 13:44
  • Xəbər sayı: 7
  • Şərh sayı: 151
faydali melumatdi tsk

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər