Özəl:

Quru dərilər üçün turp maskası



Quru dərilər üçün turp maskası
Quru dərili xanımlar üçün maska reseptləri paylaşmağa davam edirik. Bu dəfə hazırlayacağımız maskanın əsas ərzağı turpdur. Turpla hazırlanan maskalar xüsusilə quru dərilərdə möcüzələr yaradır. Quru dəri elastikliyini tez itirir və tez qırışır, buna görə də turp maskası, xüsusilə quru dəriləri mükəmməl bir şəkildə nəmləndirir və elastiklik qazandırır. Keçək reseptə:

Turpu rəndələyib, 1 yemək qaşığı turpla zeytun yağı, ya da başqa hər hansı bir bitki mənşəli yağı qarışdırın. Əldə edilən qarışığı üzə sürtün və 10-15 dəqiqə sonra ilıq su ilə yuyun. Turpu rəndələyərkən çıxan suyunu atmayın, çünki turp suyu təmiz, quru və normal dəri üçün uğurlu bir lasyondur. Bu lasyonla dəriniz təzələnəcək və rahat nəfəs alacaq. Ayrıca bu lasyon dəri üçün çox yaxşı bir nəmləndiricidir.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər