Özəl:

Yayda ayaqlarımıza necə qulluq edək?



Yayda ayaqlarımıza necə qulluq edək?
Qışın qalın corabları, ayaqqabıları içində "gün üzü görməyən” ayaqlarımız üçün yay rahatlamaq deməkdir. Ancaq yayda sandal və tərliklərinizi problemsiz geyinmək üçün ayaqlarınızı qışın kirindən təmizləmək lazımdır.

Ayaqlarınızı nəm saxlamayın

Hər gün ayaqlarınızı ilıq suyla durulayıb, sabunlayıb, soyuq su ilə yumağı unutmayın. Ayaqlarınızı yuduqdan sonra barmaq araları da daxil bütün ayağınızı dəsmalla yaxşı qurulayın. Ayaqları nəm saxlamaq göbələk yaranmasına səbəb olar.

Ölü dəridən xilas olun

İlk görməli olduğunuz işlərdən biri də qışda toplanan ölü dəridən qurtulmaqdır. Bunun üçün iki yemək qaşığı zeytun yağı və ya hind qozu yağının içinə bir çay qaşığı qara şəkər tozu əlavə edib qarışdırın. Həftədə bir dəfə bununla ayaqlarınızı pilinq edin.

Ayaq vannasını unutmayın
Ayaqlarınızı yuyacağınız qabın yarısına qədər ilıq su tökün, içinə bir stəkan nanəli ağız yaxalama suyu, yarım stəkan alma sirkəsi əlavə edin. Ayaqlarınızı 10 dəqiqə bu suyun içində saxlayın, durulayın. Bu üsul göbələk, pis ayaq qoxusu ilə də mübarizə aparır

Ponza daşı istifadə edin
Quru və çatlamış topuqlar ən böyük düşmənimizdir. Buna görə ponza daşından mütləq istifadə edin. Hamamda ilıq suyun altında əvvəlcə ponza daşı ilə ayaqlarınıza yaxşıca masaj edin. Yuyandan sonra ayaqlarınızı qurudun və nəmləndirin. Nəmləndiricini barmaq arasına vurmayın.

Dırnaqlarınızı ağardın
Əgər dırnaqlarınız soğan qabığı kimi saralıbsa, bir soda və bir diş fırçası ilə dırnaqları ağarda bilərsiniz.

Pis qoxuları atın
İsti yay günlərində günün yorğunluğunu atmağın ən asan yolu gözəl bir ayaq vannasıdır. İlıq suya 10 damcı lavanda yağı tökün və ayaqlarınızı içinə qoyub dincəldin. Lavanda yağı ayaqlarınızı rahatladır, pis qoxulardan əsər-əlamət qalmayacaq.

Dırnaq baxımını unutmayın
Pedikür edərkən dırnaq ətlərini kəsməyin. Əvvəl ilıq suda ayaqlarınızı 10 dəqiqə saxlayın, daha sonra ətlərini portağal çubuğu yardımı ilə itələyin və ən son dırnaqlarınızın kənarlarına pilinq edin. Dırnaq ətlərini kəsməniz dırnaqlarınızın iltihablanmasına və mikroba yoluxmasına səbəb ola bilər.

Sonda dırnaqlarınızı istədiyiniz rəngdə lakla rəngləyin.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər