Özəl:

Üzünüzü sapla təmizləyirsinizsə...



Üzünüzü sapla təmizləyirsinizsə...
Bu ən populyar və həqiqətən çox effektli kosmetik proseduradır. Lakin bəzi qadınlara bu üsul uyğun gəlmir.

- Üzünüzdə səpgilər, sızanaqlar, irinliklər varsa, bu prosedurdan sitifadə etmək olmaz. Bu infeksiyanın daha da yayılmasına səbəb olacaq.
- Dərinizdə kapilyar toru ("kuperoz") varsa bu prosedurdan imtina edin. Bu kapilyarların genişlənməsinə səbəb olacaq.
- Dodaqlarda herpes zamanı prosedura tətbiq olunmur.
- Prosedura üçün yalnız təzə bağlı şəkildə satılan pambıq sapdan istifadə edin. Əks halda üzünüzdə səpgilər əmələ gələ bilər.
- Üzünüzdə iri xallar varsa, tükləri sapla təmizləməyin. Bu törəmələrin təsadüfən zədələnməsi çox təhlükəlidir və hətta ən ağır xərçəng forması olan melanomanın ("dəri xərçəngi") inkşafına təkan verə bilər.
- Prosedurdan öncə dərini yaxşı təmizləmək lazımdır. Əks halda dəridə iltihablar yarana bilər.
- Dərisi çox nazik və həssas olan xnaımlar bu prosedurdan imtina etməlidir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər