Özəl:

Bikini nahiyyəsindəki qaralmalara son



Bikini nahiyyəsindəki qaralmalara son
4-5 çay qaşığı soda, 5 ç/qaşıq qabartma tozu ilə bir az suyu qarışdıraraq, qatı bir məcun hazırlayın. Daha sonra rəngini açmaq istədiyiniz bikini nahiyyənizə çəkin. Daha sonra qurulayın və bu əməliyyatı həftədə iki dəfə təkrarlayın.

Aloe Vera

Dəri hüceyrələrini bərpaedici və yeniləyici xüsusiyyətə malik olan aloe vera ilə qaralmış bölgələrinizin rəngini açmaq mümkündür. Aloe vera gelini dərinizə sürtün və 20 dəqiqə gözlədin. Daha sonra bu bölgəni durulayın, hər gün bu əməliyyatı davam etdirin.

Limon

Ölü dəri hüceyrələrini aradan qaldırır və tərkibindəki C vitamini ilə dərini yeniləməyə kömək edir. Limon suyunu bikini bölgənizə sürtün və 20 dəqiqə gözlədikdən sonra durulayın. Problem aradan qalxana qədər 2 gündə bir tətbiq edin.

Xiyar

Dəri qıcıqlanmasının qarşısını alır və limon suyu ilə birlikdə istifadə edildiyində nəticələr mükəmməl olacaq. Limon, xiyar suyu və bir çimdik sarıkökü qarışdıraraq,qaralmış nahiyyəyə çəkin. Heç bir yan təsiri olmadığı üçün istədiyiniz qədər təkrarlaya bilərsiniz. Bundan əlavə bir dilim xiyar ilə qaralmış nahiyyəni ovun və 20 dəqiqə gözlətdikdən sonra durulayın.

Süd
1 stəkan südlə pambıqlı bir bezi isladaraq qaralan bölgəyə qoyun. 5 dəqiqə gözlədin. Bir neçə dəfə bu prosesi tətbiq etdikdən sonra bölgəyə bir neçə dəqiqə masaj edin və durulayın. Gündə 2 dəfə təkrarlayın.

Badam
 
5-6 badamı bir gecə suda gözlədin. Ertəsi səhər əzərək məcun halına gətirin. 1 qaşıq süd ilə qarışdırın və qaralan bölgəyə tətbiq edin. 10-15 dəqiqə gözlətdikdən sonra masaj edərək yuyun. Həftədə 2-3 dəfə təkrarlayın.

Pomidor
Pomidoru kəsib incə hərəkətlərlə qaralan bölgəyə tətbiq edin. 10 dəqiqə gözlətdikdən sonra soyuq suyla yuyun. Gündə bir dəfə təkrarlayın.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər