Özəl:

Günəş ləkələrindən qurtulmaq üçün...



Günəş ləkələrindən qurtulmaq üçün...
Günəş şüalarından qaynaqlanan dəri ləkələri bir çox xanımları narahat edən problemdir. Bəs bu problemlə qarşılaşmamaq üçün dərimizi günəşdən necə qoruya bilərik? Türkiyəli dermatoloq Betül Şengör günəş ləkələrindən qorunma vasitələri haqda danışıb.

Həkimin məsləhətlərini təqdim edirik.
Həkim bildirir ki, günəş ləkələrinin bir qismi günəş vannası qəbul etdikdən sonra yaranır və mütləq günəşə məruz qalan yerlərdə müşahidə edilir. Bu ləkələr südlü qəhvəyi rəngdə və 0,5-2 sm arasında dəyişən müxtəlif böyüklüklərdə olur: "Qalıcı olan bu ləkələrə lentigo solaris, yəni günəş ləkəsi deyilir. Çillər isə günəşlə ortaya çıxır, ancaq qalıcı deyil və qışda itir. Bir qism ləkələr var ki, yenə günəş görən yerlərdə yaranır, lakin alt qatında başqa səbəblər var. Bunlar ümumiyyətlə, qadınlarda müşahidə edilir və hormonal olaraq meydana gələn ləkələrdir. Xallar günəşə məruz qaldıqca isə sayı arta və ya rəngləri tündləşə, ölçüləri böyüyə bilər".

Bu cür ləkələr günəş görməyən nahiyələrdə də meydana çıxır. Dəridən daha qabarıq və ya dəri səviyyəsində ola bilər. Bu halda çillər, ləkələr və ya digər problemlər dermatoloq tərəfindən müayinə və müalicə edilməlidir.

Günəş ləkələri müalicə edilirmi?

Dermatoloq deyir ki, günəş ləkələri və çillərin meydana gəlmə mexanizmləri bir-birindən fərqlənir. Müalicələrində birinci hədəf günəşdən və solyaridən uzaq dayanmaq, onlardan faydalanmamaq, ikinci hədəf isə dermatoloji mütəxəssisin uyğun gördüyü müalicə üsullarını tətbiq etmək, daha pis hal almasına mane olmaqdır: "Dermatoloq tərəfindən müayinə zamanı ləkənin dərinliyinə və yayılma ölçüsünə görə xəstənin dəri qalınlığı analiz edilir, sonra mikrodermabraziya və ya kimyəvi pilinq edilə bilər. Lazer müalicələri ilə çox müvəffəqiyyətli nəticələr əldə etmək olar. Müalicə müddəti xəstənin mövcud probleminin başladığı müddəti, böyüklüyü və tətbiq olunan üsulla əlaqəlidir. Əsasən payızda başlayıb baharın ortalarına qədər tamamlanmalı olan müalicə proqramı təyin edilir".

Dərini ağardan, ləkə açan krem təsirlidirmi?

Dermatoloq bu kremlərin lazer müalicəsi ilə birgə istifadə edildikdə təsirli ola biləcəyini söylə yir. Bəzən digər müalicələrə dəstək olaraq da istifadə edilə bilər. Kremlərin hansının uyğun olduğuna mövcud ləkənin dərəcəsinə və kremin tərkibinə görə qərar verilir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər