Özəl:

Yaza xüsusi olan maskalar



Yaza xüsusi olan maskalar
Dəri təmizləyici maska
1 yemək qaşığı quru lavanta
1 yemək qaşığı quru gül yarpağı
3 yemək qaşığı yulaf
2 yemək qaşığı gil

Bütün vəsaiti qarışdırıb qaynar su əlavə edərək məcun halına gətirin. Dərinizə çəkib 20 dəqiqə gözlədin və yuyun. Həftədə bir dəfə  tətbiq edin.

Saç tökülməsi üçün gücləndirici maska
1 yemək qaşığı bibəriyə yağı
3 çay  qaşığı ardıç ağacı yağı
1 çay qaşığı gicitkən toxumu yağı
2 yemək qaşığı süzmə  zeytunyağı

Bütün vəsaiti yaxşıca qarışdırın. Həftədə 1 dəfə saç diblərinə çəkin. 1 saat gözlədib yuyun.

Qeyd: Baxım və nəm maskalarını nizamlı olaraq dərinizə və saçlarınıza tətbiq edin.

Canlandıran və işıltı verən maska

2 yemək qaşığı nar dənəsi
1/2 banan
1 çay qaşığı bal
3 damcı avokado yağı

Bütün vəsaiti robota qoyub püre halına gətirin. Göz ətrafı xaric dərinizə tətbiq edin. 20 dəqiqə gözlədib yuyun.

Göz kənarı üçün maska
1 çay qaşığı limon suyu
1 çay qaşığı xiyar suyu
1 çay qaşığı zeytunyağı
1 çay qaşığı jojoba yağı

Bütün vəsaiti qarışdırıb gün həddindən artıq 15 dəqiqə göz ətrafına sürüb ilıq su ilə durulanın. Gecələri tətbiq edin.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər