Özəl:

Bir dostum var



Bir dostum var
Üzü gülüb bəzən gözləri ağlayan bir dostum var.
Bəzilərinin kobud kimi tanıyıb amma ürəyi uşaq tək kövrək olan bir dostum var.
Hər zaman inandığım, dərdləşdiyim bir dostum var.
Bəzən səbəbsiz acılayan, istəmədən əsəbini mənə tökən bir dostum var.
Bir an olub sözləri ağladan amma qəlbimə yara salmayan bir dostum var.
Məni hər kəsdən, hər pislikdən qoruyan bir dostum var.
Həyatın gözəlliyini, çirkabını, insanların riyakarlığını mənə sübut edən bir dostum var.
Hər büdrəyəndə məni yüksəklərə qaldıran bir dostum var.
Məni mən kimi qəbul edib dəyişməyə məcbur etməyən bir dostum var.
Nə zaman gözlərimdə yaş görsə, onu silə biləcək gücə sahib bir dostum var.
Hər ağlıma gəldiyi zaman Rəbbimə şükür etdiyim bir dostum var.
Dostluğun var olduğunu və onun gücünü mənə sübut edən bir dostum var.

Aytən Mələk

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər