Özəl:

Siz bu xalqdan deyilsiniz?



Siz bu xalqdan deyilsiniz?
İki gündür şəhərin günəşi qara buludlar arxasında qalıb. Cəbhə xəttində itkimiz var.

Sosial şəbəkələrdə şəhidlər, nazirliyin verdiyi bəyanat, cəbhə xəttindəki hazırkı vəziyyətdən çox kanalların toy-bayramı, Gülyaz-Gülyanağın mahnı oxuması, profilinə qara lent qoymayan adamların müzakirəsi gedir. Hamı bir-birini günahlandırır.

Nə vaxta kimi bütün günahları bir-birimizin üstünə atıb bütün xalqı qınayacağıq? Mən gözümü açandan ətrafda baş verən neqativ hadisələr, problemlər, faciələr bir səbəbdən meydana gəlir: "Millət millət olsaydı...”

Sən kimsən bəs? O cümləni deyən, yazan adam özü kimdir? Xalq deyil? Xalq səndən, məndən, ondan ibarət deyil? Niyə həmişə üçüncü şəxsdən danışırıq? Qınamaqla nə əldə edirik? Boşboğazlıq və... Sonra?

Müasir gənclərdə vətənpərvərlik hissi zəif inkişaf edib, müasir gənclərin bəziləri kosmopolit yetişir, günahı ermənidə yox böyük dövlətlərdə görür.

Bəli, mən ermənilərlə şəxsən dostluq münasibəti quran insanlar tanıyıram. "Tolerant” insancıqlar. Onlar deyir ki, hər iki millət siyasət qurbanıdır, millətin günahı yoxdur, biz qardaşıq.

"Universal” düşünməkdən düşünmə qabiliyyətini itirən bu "insan”ları mən heç vaxt ağıl çatışmazlığına görə qınamamışam. Mən onları hissiyyat, duyğu, qəlb çatışmazlığına görə qınamışam.

Vətənpərvərlik hissi qazanılan bir şey deyil. Bu, instinktdir, bu, vergidir, bu, ilahi möcüzədir. Hər himni eşidəndə döyünən ürəyin, tarixi faciələrimizi ananda dolan gözlərindir.

"Bu millət düzələn deyil” deməkdənsə, evdə böyüyən bacı-qardaşınızı görmək istədiyiniz vətəndaş tipində yetişdirin. Xalqı söyməkdənsə, onu sevməyi öyrənin.

Bir ayağa durun, əlinizi qəlbinizin üstünə gətirib himni ürəyinizdə oxumağa çalışın, milli matəm günlərimizin tarixlərini xatırlayın, itirdiyimiz torpaqların adlarını sadalayın. Görün əzbər bilirsinizmi? Görün siz özünüz vətəndaş adına layiqsinizmi? Görün qınadığınız millətdən fərqiniz varmı? Görün bayraq tüpürmək istəmir ki, üzünüzə?!

Bayraqları bayraq edən üstündəki qandır
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
Allah şəhidlərimizə rəhmət eləsin!

Rəfiqə Əlisəfa
 
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər