Özəl:

Hər zaman gülümsəməyə səbəb vardır.



Hər zaman gülümsəməyə səbəb vardır.
Həyatına heç nə olmayıbmış kimi davam et. Keçmişini unutma, amma o keçmişin sənə əzab verməyinə izn vermə. Heç büdrəyib yıxılmamış kimi gəz. Yıxıldığında da səni heçnə incitməyibmiş kimi yenidən ayağa qalx. Heç vaxt dostun olmayıbmış kimi özünə dost tap. Uğursuzluqlar yaşamamış kimi yaşa. Uğursuzluq baş verdisə yenidən cəhd et. Əgər yenə də alınmırsa vaz geçmə, sadəcə səbr et, doğru zamanda deyilsən və həmin zamanın gəlişini gözlə. Ümidini itirmə, arzularını unutma, yarımçıq arzularından dönmə. Qarşındakı divar nə vaxtsa zəifliyəcək, o maneəni aşacaqsan, ancaq gücünü itirmə. Heç vaxt sevməyibmiş kimi yenidən sev, sevgidən nə vaxtsa əzab çəkməmiş kimi ləzzət al. Sevgin uğrunda mübarizə apar, amma özünü məhv etmə. Qovuşa bilmədinsə ümidsizliyə qapılma. Ondan daha gözəl sevgiyə layiqsən. Sevgidən qorxma. Həyatın bütün çirkinliklərinə qarşı döz. Gülüş sənə qalxandır. Səni heçnəyin əzməyinə izn vermə. Əzildikcə məhv olacaqsan. Adi insan olma. Hər zaman fərqliliyin ilə seçil. Heç vaxt başqalarına baxıb həsəd aparma. Sən də bacara bilərsən. Özünə aşağı qiymət vermə, yoxsa həmin vəziyyətda yaşayarsan. Ümidsizliyə qapılma. Sən susduqca problemlər artacaq. De, gül, dostlarınla vaxt keçir. Sevdiklərinin yanında ol. Çarəsiz qalma. Nə vaxtsa o buludlar çəkiləcək və gün öz parıltısını sənə göstərəcək. Tufan dayanacaq və gözəl havanı ciyərlərinə çəkəcəksən. Quşların səsinə heyran olacaqsan. Bax o zaman gözlərində parıltı olacaq, ümidlərin, arzuların artacaq. Böyük ümidlərlə yaşa. Atdığın hər 1 addım əvvəlkindən də böyük, möhkəm olsun. Sadəcə güclü ol,səbr et, lazım olan işi etməkdə əlindən gələni əsirgəmə. Unutma, həyatın hər bir anından zövq almaq və gülümsəmək yaxşı nəticə əldə etməyin ən gözəl yoludur!
loading...

Oxşar xəbərlər

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər