Özəl:

Gülümsə Bakı



Gülümsə Bakı
Bu gün yenə Bakı yorğundu. Hər kəs tələsir. Kimisi işə, kimisi dərsə, kimisi görüşə, kimisi yürüşə, kimisi də eləbelə, istirahətə. Amma tələsirlər. Tələsib çıxdıqlarına görə təbəssümü evdə unudublar.
Bugün yenə evdəb çıxıb dərsə gedirdim, adətim üzrə avtobus, metro-qatar, sonra universitet yolu. Gözəl , amma insanlara baxdıqda qanım qaralır. Bir şey düşünürəm. Niyə bu qədər aqressiv, gərgin və əsəbi, zəhmli görünür insanlar? O kiçik təbəssümü simalarına qondursalar yəni o qədər mi pis görünəcəklər? Zəhmli simalar insanı ağır göstərir? Birinin üzündə təbəssüm olduqda ətrafdakılar onun haqqında "düşük" kəliməsini işlədirlər? İnsanların üzünə baxdıqda xoş aura almaq olmur. Qaşlar düyünləşmiş, insanlara pis-pis baxıb, süzürlər, sanki ona nəsə ediblər və o baxdığı adamlardan şübhələnir. Qatarda boşluqdan hamı bir-birinə baxır, amma normal yox, əsəbi şəkildə. Yeriyən pilləkənlərdə düşənlər, enənlərə, ya da enənlər düşənlərə. Heç arada özünü yol ilə gedərkən görmüsən, üz ifadəni. Sən də aqressiv və əsəbi şəkildə yolda getmiş olursan. Yox, yox düzəlməyəcək Bakı. İnsanlar sanki bütün dünyanın yükünü daşıyırmış kimi gəzir. Yorğun, yuxulu, yata bilmədiklərinə və buna görə də əsəbidilər. Biri güldükdə, ya da üzünə sadəcə kiçik bir təbəssüm qonduqda ona dəli deyəcək dərəcədə əsəbidi Bakı. Bu qədər bədbin, bədbəxt, paxıl olma, Bakı. Belə əsəbi olma, Bakı, sənə yaraşmır. Təbəssümünü yay bacardığın qədər.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər