Özəl:

Əmisi qızının əri tərəfindən təcavüzə uğrayandan sonra ...



Əmisi qızının əri tərəfindən təcavüzə uğrayandan sonra ...
Əfqanıstanda əmisi qızının əri tərəfindən təcavüzə uğrayandan sonra "zinakarlıq"da suçlanaraq həbsxanaya atılmış Gülnaz 2013-cü ildə onu zorlayan kişiyə ərə getməyə vadar olunmuşdu.

Gülnaz başına gələnləri ABŞ-ın CNN telekanalına danışıb.
2008-ci ildə, 16 yaşı olanda təcavüzə uğrayan Gülnaz zorlanmasına rəğmən, "zina" suçlaması ilə 12 illik həbsə məhkum olunmuşdu.
Təcavüzdən sonra hamilə qalmış Gülnaza deyilmişdi ki, cəzasının yüngülləşməsini istəyirsə, əmisi qızının əri, onu zorlayan Abdullaya ərə getməlidir.
Gülnazın qardaşları isə demişdilər ki, o, ərə getmədikcə evə qayıda bilməz. Çünki "biabırçılıq, namus ləkəsi içində yaşayırlar".
2011-ci ildə həmin dönəmdə Əfqanıstan prezidenti olan Həmid Kərzainin müdaxiləsindən sonra azadlığa buraxıılan Gülnaz 2013-cü ildə ailənin, qohum-əqrəbanın, qonşuların, tanışların ikrah dolu baxışlarına dözməyərək, həm də qızı Semilenin utanmadan, başıaşağı dolanmadan yaşaması üçün Abdullaya ərə getdi.
Gülnaz indi üçüncü övladına hamilədir və o, Abdullanın ikinci arvadıdır.
Abdullanın ilk arvadından, Gülnazın əmisiqızından 5 uşağı var. Gülnaz, əmisiqizi və eyni zamanda günüsü, Abdulla və uşaqlar - yəni 10 nəfər darısqal evdə yaşayırlar.
"Qızım Kabildə atasız həyat yaşaya bilməzdi. Onun həyatı zəhər olardı. Qızımın həyatını məhv etmək, çarəsiz qalmaq istəmədim. Buna görə də Abdullaya ərə verilməyimə mane olmadım. Taleyimlə razılaşdım. Adətlərə riayət edən insanlarıq. Adımız pisə çıxanda, ləkələnəndə o cür yaşamaqdansa, ölməyi üstün tuturuq, - Gülnaz deyib - Abdulla ilə problemim yox artıq. İllər əvvəl olanlar barədə düşünmək istəmirəm. Həyat davam edir. Qardaşlarıma gəlincə... Məni rədd etdilər. Bundan sonra onlarla əsla görüşməyəcəyəm, evimə də buraxmayacağam".
Abdulla isə təcavüzdən sonra həbs olunduğunu, qısa müddətdən sonra azadlığa buraxıldığını söyləyib.
"Əməlimə görə peşman deyiləm. Gülnaz mənə ərə gələrək utancdan, biabırçılıqdan qurtuldu. Əgər adətlərə uyğun olaraq onunla evlənməsəydim, normal yaşaması mümkün olmayacaqdı. Qardaşları da onu geri qəbul etmək istəmədilər. Gülnaz indi adi həyatını yaşayır. Anlayır ki, illər əvvəl baş vermiş hadisəni bu qədər böyütməyə dəyməzdi".
loading...
Offline
  • Şərh №: 2
  • 19 aprel 2015 22:26
  • Xəbər sayı: 0
  • Şərh sayı: 2
Allah ozu komey olsun hamiya
Offline
  • Şərh №: 1
  • 11 aprel 2015 13:53
  • Xəbər sayı: 7
  • Şərh sayı: 373
Allah bizi beleşeylerden qorusun

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər