Özəl:

Arvadının xalatından gizlətdiyi telefonu düşdü, kişilərlə yazışmasını tutdu - Azərbaycanda QƏTL/FOTO



Arvadının xalatından gizlətdiyi telefonu düşdü, kişilərlə yazışmasını tutdu - Azərbaycanda QƏTL/FOTO
Bakı Apellyasiya Məhkəməsində Tural Kazımovun (1988-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

YENİQADİN.BİZ xəbər verir ki, ötən il iyunun 20-də Bakı ş. sakini Tural Kazımov Suraxanı r/n 32-ci polis bölməsinə təslim olaraq arvadı Maya Xeyrişlini (1991-ci il təv.) qısqanclıq zəmnində öldürdüyünü bildirməklə, qadının istifadəsində olmuş mobil telefonu polislərə təqdim edib. Araşdırma zamanı, telefonun müvafiq bölməsində çoxlu sayda oğlan adlarının olması, elə həmin gün Tural Abbasov soyadlı şəxsdən sms və 1 dəfə zəng gəlməsi müəyyən edilib. Hadisə yerinə baxış zamanı məlum olub ki, cinayət Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsindəki 33 №i evdə baş verib. Maya Xeyrişlinin meyiti mətbəx otağında aşkar edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Maya Xeyrişlinin ölümünə – boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.

İstintaqla müəyyən edilib ki, Tural Kazımov axşam saat 20 radələrində işdən yaşadığı evə gəlib, mətbəx otağında kresloda əyləşib. Arvadı oturduğu divandan, yerdə olan paltarları əyilib, götürərkən, xalatının açıq qalan ön hissəsindən "Huawei" markalı mobil telefon düşüb. Bunu görən Tural dərhal telefonu yerdən götürüb. Həmin nömrəyə Tural adlı şəxsdən zəng gəlib, o cavab verdikdə sonuncu əlaqəni kəsib. Kazımov naməlum şəxsin kim olması, onun mobil telefon işlətməsinə qadağa goyduğu halda nə vaxtdan gizlincə telefon işlətməsi ilə bağlı Mayanı sorğu-sual edib. Yoldaşı cavab vermədiyindən, onun xəyanət etməsinə əmin olub, bu səbəbdən qısqanclıq zəmnində divanda oturan qadının boğazını əlləri ilə tutub, sıxmaqla qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilən Tural Kazımov 2006-cı ildə Maya Xeyrişli ilə ailə həyatı qurduğunu, həmin nigahdan üç övladı olduqlarını bildirib. Arvadı heç yerdə işləməyib, özü xırda ticarətlə məşğul olub. Mayaya telefon işlətməyə icazə verməyib. Həmin axşam həyətdə oynayan uşaqların, mübahisə etmələrini görməməsi üçün, mətbəx otağının qapısını içəridən bağlayaraq, pəncərənin pərdəsini çəkib. İlk olaraq yoldaşını oturduğu yerdə sinəsindən tutub, silkələyərək telefonun haradan çıxmasını və həmin şəxsin kim olmasını soruşub, lakin sonuncu cavab verməyib. Hirsləndiyindən əlləri ilə boğazından sıxıb ki, cavab versin. 1-2 dəqiqə keçəndən sonra arvadının əlində halsızlaşdığını görüb, dərhal əlini boğazından çəkib. Maya ağzı üstə döşəməyə yıxılıb.Sonra qardaşı Vüsala və Məhəmmədə zəng vurub, Mayanı öldürdüyünü bildirərək, evə gəlmələrini deyib. Məhəmməd evə gəlib təcili yardıma zəng vurub, həkimlər gələrək arvadının öldüyünü təsdiq ediblər. Sonra Vüsalla birlikdə bölməyə gedib.

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə T.Kazımov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən dövlət ittihamçısı protest, məhkum isə apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb./YENİQADİN.BİZ/
  • 17-01-2017, 18:25
  • 10005
  • 1
Offline
  • Şərh №: 1
  • 4 fevral 2017 17:15
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1240
arvadinin aglini bilib qoymuyubmus telefon isletmeye

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər