Özəl:

Zorakılıq qurbanları dövlətə sığınacaqlar



Zorakılıq qurbanları dövlətə sığınacaqlar
ütün dünyada olduğu kimi, Azərbaycanda da ailədaxili zorakılıq qurbanı olan insanların, xüsusilə qadınların sığınacağa ehtiyacı var. Təəssüfedici hal olsa da, bu gün ailə qurduqdan sonra əri tərəfindən "cəhənnəm həyatı” yaşadılan qadınlar çox vaxt ata evinə qayıtmaqdan çəkinib, sığınacaqlara üz tuturlar. Amma uşaqlarla bağlı yaradılan sığınacaqlar istisna olmaqla Azərbaycanda zorakılıq qurbanı olan qadınlar üçün sığınacaqlar demək olar ki, yox səviyyəsindədir. Bu günlərdə "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da bununla bağlı həyəcan təbili çalıb. O, "Facebook” sosial şəbəkəsindəki hesabında birliyin nəzdində olan sığınacağın durumunun ağır olduğunu qeyd edib. O, maliyyə qaynaqları tapılmayacağı, dövlət dəstəyi olmayacağı təqdirdə Azərbaycanda zorakılıq qurbanı olan qadınlar üçün yaradılmış yeganə sığınacağın bağlanacağını bildirib.
 
Qeyd edək ki, "Təmiz Dünya” İctimai Birliyinin zorakılıq qurbanı olan qadınlar üçün yaratdığı sığınacaqda hazırda 6 qadın yaşayır. Onların bəziləri məişət zorakılığı qurbanı olduqlarından və keçmiş ərləri tərəfindən təhdid edildiklərindən ata evlərində yaşaya bilmirlər. Bəziləri isə boşandıqdan sonra valideynləri ondan imtina etdikləri üçün sığınacağın daimi sakininə çevrilib.
 
Şəkidən gələn R.M-nin iki övladı atasının himayəsində olsa da, bu qadın həyat yoldaşından ayrıldıqdan sonra yaşayış yeri kimi sığınacağı seçməli olub. Səbəb isə ailəsinin onu qəbul etməməsi, qayınanası ilə anasının bacı olmasıdır: "Mən öz xalam oğlu ilə ailə qurmuşam. Anam, atam ailəmlə barışmağımı istəyir. Yoldaşımla bir problemim olmasa da, qayınanamla yola getmirdik. Mənə ağır günlər yaşadırdı. Ona görə də ailəmdən ayrılmaq qərarına gəldim. Valideynlərim məni qəbul etmədiklərindən, məcbur olub bura sığınmışam”.
 
Sığınacaqda yaşayan digər sakin isə Balakən rayonundan gəlib. Atası Qaradağ rayonunda yaşasa da, həyat yoldaşı onu ölümlə hədələdiyindən bir qızı ilə sığınacağa sığınmalı olub. T.Y.  deyir ki, həyat yoldaşı tərəfindən dəhşətli işgəncələrə məruz qalıb, son anda ölümdən qaça bilib.
 
Sığınacaqda eyni taleyi bölüşən onlarla belə qadın var. Amma Mehriban Zeynalova maddi dəstək olmasa, zorakılıq qurbanı olan qadınların tək ümid yeri olan bu sığınacağın da bağlanacağını söyləyir: "Sığınacağı saxlamaq üçün maliyyə lazımdır. Bura sığınan qadınların heç biri işləmir. Bəzilərinin azyaşlı uşağı var. Onların yemək, geyim xərclərini qarşılamaq üçün birliyin maliyyəsi yoxdur. Dövlət tərəfindən dəstək olmazsa, Azərbaycanda zorakılıq qurbanı olan qadınların üz tutduğu yeganə sığınacaq bağlanacaq”.
 
Sədrin sözlərinə görə, əslində "Təmiz Dünya İctimai” Birliyinin zorakılıq qurbanları üçün yaratdığı sığınacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən akkreditasiyadan keçib. Amma bununla belə, hələ sığınacağa maliyyə yardımı ayrılmayıb.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov da zorakılıq qurbanı olan qadınlar üçün sığınacaq probleminin olduğunu təsdiqləyir. Hətta E. Səfərov "Məişət zorakılığının qarşısının alınması üçün Milli Fəaliyyət Proqramı”nda da bu məsələnin öz əksini tapdığını söyləyib: "Hazırda bizim komitənin zorakılıq qurbanları üçün sığınacağı var. Amma bu sığınacaq günərzidir. Zorakılıq qurbanlarının daim qalması üçün sığınacaqlara ehtiyacları var. Bu, bizim də yaralı yerimizdir. Ona görə də hazırladığımız "Məişət zorakılığının qarşısının alınması üçün Milli Fəaliyyət Proqramı”nda zorakılıq qurbanları üçün sığınacaqların yaradılmasını təklif etmişik. Hazırda bu sənəd Nazirlər Kabinetindədir. Nazirlər Kabineti baxdıqdan sonra aidiyyatı qurumlar tərəfindən təsdiqlənərsə, ölkədə zorakılıq qurbanları üçün yeni sığınacaqlar yaradılacaq”.
 
Qeyd edək ki, bu tip sığınacaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılır. Son vaxtlar yaradılan sığınacaqların isə çoxu kimsəsiz və zorakılıq qurbanı olan uşaqlara dəstək məqsədilə açılıb. Zorakılıq qurbanı olan böyük yaş qrupundakı qadınlar üçün isə ölkəmizdə yaradılan sığınacaq hələ ki, "Təmiz Dünya” İctimai Birliyinin sığınacağıdır - yeganə ümid yeri...
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər