Özəl:

İki bacını zorlanmaya məhkum etdilər



İki bacını zorlanmaya məhkum etdilər
Hindistanın Uttar-Pradeş ştatında kənd sakinləri 23 yaşlı Minakşi Kumarini və onun 15 yaşlı bacısını zorlanmaya məhkum ediblər.

Bu barədə insan hüquqları təşkilatı "Amnesty International" məlumat yayıb.

Məlumata əsasən, gənc qızlara belə cəza verilməsinə onların qardaşının evli qadın ilə qaçması səbəb olub.

Kumari ailəsi ən aşağı kasta - "toxunulmazlar” kastası sayılan dalitlərə aiddirlər.

The Mirror yazır ki, qızların qardaşı Ravi daha yüksək kastadan olan qadını sevib və bu ilin marta ayında qadını məcburən başqa kişiyə ərə verdikdən sonra onu qaçırıb.

Yalnız kişilərdən ibarət kənd Şurasının qərarına əsasən, Ravidən qisas alınması məqsədilə onun 23 və 15 yaşlı iki bacısı zorlanmaya məhkum edilib.

Amnesty International hüquq müdafiəçiləri Hindistan hökümətindən dərhal qızların müdafiəsinə durmağı çağırıb.
loading...
Offline
  • Şərh №: 2
  • 11 sentyabr 2015 21:39
  • Xəbər sayı: 0
  • Şərh sayı: 8
Allah uzaq elesin
Offline
  • Şərh №: 1
  • 30 avqust 2015 21:42
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1240
dehseeeeeeeeeeeeeet

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər