Özəl:

Paytaxtda 13 yaşlı qızını və ev quşlarını zorlayan seksual manyak



Paytaxtda 13 yaşlı qızını və ev quşlarını zorlayan seksual manyak
Paytaxtda seksual manyak həbs edilib.

Xeyli müddətdir 13 yaşlı qızını və həyətdəki ev heyvanlarını zorlayan Babək rayon Nehrəm kənd sakini, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayan Mirzəliyev Malik Cəfər oğlu  Sabunçu rayon 12 saylı polis bölməsinin əməkdaşları tərəfindən həbs olunub. Mənbənin Movqe.az-ın əməkdaşına verdiyi məlumata görə, seksual manyak olan Malik Mirzəliyev dəfələrlə "atası” tərəfindən zorlanan  13 yaşlı M.M-nın şikayəti əsasında həbs olunub: "Bu hadisə ilə bağlı 13 yaşlı qız qardaşı ilə birgə hüquq-mühafizə orqanına şikayət edib. Onların verdiyi ifadə zamanı bəlli olub ki, M. Mirzəyev 2005-ci ildən öz doğma qızı ilə təbii yolla cinsi əlaqədə olub. M. Mirzəyevin şəhvət, ehtiras hissi bununla da bitməyib. Ata adına ləkə olan seksual manyak həyətdəki ev quşlarını da dəfələrlə zorlayırmış. Bu hərəkətləri barədə heç kəsə bir kəlmə belə deməməsi üçün, M. Mirzəyev zorladığı qızını anasını döyəcəyi ilə təhdid edirmiş. Hadisəni uzun müddət ailə üzvlərindən gizlətmək məcburiyyətində qalan qızcığaz, iki dəfə də öz doğma "ata”sından hamilə qalıbmış. M. Mirzəyev qızının arzuolunmaz hamiləliyini pozmaq, onu zorlamasının üstünün açılmaması üçün ona hamiləliyi pozan həblər verməklə çirkin niyyətini həyata keçirib. Mütamadi olaraq "ata”sı tərəfindən zorlanan qızcığaz, nəhayət ki, başına gələnləri ortancıl qardaşına danışıb. Qardaşı bacısını götürərək Sabunçu rayonu 12 saylı polis bölməsinə şikayət edib. Bu şikayətdən sonra qızın zorlanmaya məruz qaldığını təsdiqləyən hüquq-mühafizə orqanları seksual manyakı həbs ediblər.   

Məlumata görə, istintaq zamanı, seksual manyakın öz həyat yoldaşını da tez-tez döydüyü məlum olub. Və qızını da zorlayarkən bu barədə ailə üzvlərinə bir söz desə, anasını yenə döyəcəyi ilə hədələyirmiş. Mənbənin verdiyi xəbərə görə,M. Mirzəyev 1960-cı il təvəllüdlüdür. O, Bakıxanov qəsəbəsi ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. Bu hadisənin Sabunçu rayon polis idarəsi və rayon prokurorluğundan indiyədək ictimaiyyətə açıqlanmamasının səbəbi məhz xəbərin cəmiyyətdə rezonans doğuracağı ilə bağlı olub. Artıq seksual manyak barədə həbs-qəti imkan tədbiri seçilib.  

Qeyd edək ki, M. Mirzəyevin bu nikahdan 5 övladı var. Onlardan 4-ü oğlan, sonuncusu isə qız imiş. 

loading...
Offline
  • Şərh №: 5
  • 7 iyun 2018 23:17
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Prix Du Levitra En Espagne cialis overnight shipping from usa India Meds Direct Propecia En Valencia

--------------------
Offline
  • Şərh №: 4
  • 3 aprel 2017 16:37
  • Xəbər sayı: 0
  • Şərh sayı: 15
Bele alcaqlarin cinsi orqanini kesib eline veresen, gorek onda hansi qeleti edecekle. Eseblewdime lap.
Offline
  • Şərh №: 3
  • 26 avqust 2015 11:12
  • Xəbər sayı: 1
  • Şərh sayı: 53
55 yasinda kisi Allah cezani versin senin dv

--------------------
Offline
  • Şərh №: 2
  • 9 avqust 2015 12:11
  • Xəbər sayı: 0
  • Şərh sayı: 89
Sitat: REQSANE
lenete gelesen

--------------------
Offline
  • Şərh №: 1
  • 27 iyul 2015 09:32
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1240
lenete gelesen

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər