Özəl:

Çörəyini daşdan çıxaran gənc…



Çörəyini daşdan çıxaran gənc…
Qazaxın Daş Salahlı kəndinin əksər sakinlərinin çörəyi, sözün yaxşı mənasında, daşdan çıxır. Belə ki, bu kənddə müxtəlif daş alətlər, məişətdə istifadə olunan su süzən daş düzəldilir. Gəlirli olduğu qədər də zəhmət tələb edən bu sənəti kənd sakinləri nəsildən nəsilə ötürüblər.

Yeniqadin.biz Kəpəz TV-yə istinadən xəbər verir ki, dağlara çıxıb, hündür qayalardan daş qoparıb, sonra ondan su daşı düzəltmək heç də asan deyil. Bununla yalnız Qazax rayonunun Daş Salahlı kəndində məşğul olurlar. 10 ildən çoxdur külüng vurub, daş yonaraq su daşı düzəldən Aslan Asumanovun 30 yaşı var, amma gənc olmasına baxmayaraq atasından öyrəndiyi bu sənəti Daş Salahlıda hələ də yaşadır.

Daşa su töküldükdə o, süzülərək həm sərin, həm də təmiz olur. Bir sözlə, əsl içməli vəziyyətə gətirilir. Lakin ondan istifadə edən şəxs mütamadi olaraq daşa qulluq göstərməli, vaxtlı vaxtında onun içərisini təmizləməlidir ki, su daşının ömrü uzun olsun.
Normal olaraq 30 litr su təxminən 24 saata süzülür. Su daşının qiyməti isə tutumundan asılı olaraq 40-180 manat arasında dəyişir. Bir sözlə, çətin əl əməyi sonda öz bəhrəsini verir.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər