Özəl:

Aygün Kazımova polis idarəsinə çağırılıb



Aygün Kazımova polis idarəsinə çağırılıb
Natəvan Həbibi: "Mənə nə edibsə, ömrümün sonunadək hamısını qaytaracam"

Qafqazinfo-ya açıqlamasında Natavan Həbibi yaradıcılığına vaxt ayırdığını, məsələ ilə bağlı isə vəkillərinin məşğul olduğunu  bildirib:

"Onu demək istəyirəm ki, nə olursa, yaxşılığa olur. Nə qədər tez etibarsız adamları həyatından itirsən, o qədər sevinmək lazımdır. Lazımlı, güclü, təmiz insanlar yanımdadırlar. Bu işlə məşğul olan vəkillərim var. Ona görə də zamanımı, enerjimi yaradıcılığıma həsr edirəm. Bir il ərzində 3 konsert vermişəm, dördüncü isə sentyabrda baş tutacaq. Bu işə müdaxilə etməyimə ehtiyac yoxdur.  Eşitdim, gördüm və məhkəməyə verdim. Ümid edirəm ki, haqq-ədalət öz yerini tapacaq. İnsanların gözündən məni salmaq istəsələr də, bu məqsədlərinə nail olmayacaqlar. Tamaşaçılarım məni ilk səhnəyə çıxdığım gündən tanıyır və sevirlər.  Buna görə də onlara öz sevgi və sayğımı bildirirəm. Var olun”.

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova Xəzər Rayon Polis İdarəsinə çağırılıb.

Yeniqadın.Biz bildirir ki, müğənni ifaçı Natavan Həbibinin şikayəti əsasında polis şöbəsinə çağırılaraq izahatı alınıb.

Məsələ ilə bağlı A.Kazımova sosial şəbəkədə açıqlama verib. Avtomobildə gedərkən çəkdirdiyi videonu İnstagram səhifəsində paylaşan xalq artisti: "Canlarım, yolumuz Nabranadır. Qalan söhbətlər isə mənə "vız" gəlir”, - deyə bildirib.

Xalq artisti Aygün Kazımova Xəzər Rayon Polis İdarəsinə çağırılıb.


Yeniqadın.Biz xəbər verir ki, qafqazinfo-ya daxil olan məlumata görə, xalq artistinin həmkarı Natəvan Həbibinin şikayəti üzrə polis şöbəsinə çağırılaraq izahatı alınıb. Məsələ ilə bağlı müğənni Natəvan Həbibi ilə əlaqə saxlanılıb. Sayta açıqlama verən müğənni sözügedən məsələdən danışıb.

"Bəli, mən Aygün Kazımova, Toliki və Zoriki məhkəməyə vermişəm. Bu 3 şəxs hər dediyi ifadələrə görə qanunla cavab verəcək. Aygün Kazımova mənə nə edibsə, ömrümün sonunadək hamısını qaytaracam. Erməni söhbətini ilk dəfə o qaldırıb. Mənə nə edibsə, 5 qatı ona qayıdacaq. Heç vaxt onu bağışlamaram.

Allah cavabını versin. Mənim haqqımda nə deyirsə, hamısı özüdür, özünə deyir. Mən heç kimin qabağında susmamışam və susmaram. Yaşayış yerim üzrə Xəzər Rayon Polis İdarəsinə müraciətimlə bağlı Aygün Kazımova polis idarəsinə çağırılıb və izahatı alınaraq tədbir görülüb. Vaxtı gələndə hamısını ətraflı açıqlayacam. Hər şeyin öz vaxtı var. Natəvan onlar kimi deyil, Natəvan çox ağıllıdır”.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər