Özəl:

Özcan Dəniz Bakıda nəyə əsəbiləşdi? – Mətbuat konfransı ləğv edildi



Özcan Dəniz Bakıda nəyə əsəbiləşdi? – Mətbuat konfransı ləğv edildi
Baş rollarda türkiyəli tanınmış sənətçilər Özcan Dəniz və Nurgül Yeşilçayın yer aldığı "İkinci şans" filminin Bakıdakı qala gecəsi izdihamlı keçib.

Filmi pərəstişkarları ilə birlikdə izləyən məşhurlar sonra səhnəyə çıxaraq sevənlərinə səsləniblər. Gül yağışına tutulan Özcan Dəniz və Nurgül Yeşilçay hər Bakı səfərində sevənləri tərəfindən çoxlu gül hədiyyə aldıqlarını söyləyiblər. Özcan Dəniz filmsevərləri "İkinci şans"a baxmağa dəvət edib: "Dostlar hər birinizə gözəl güllər üçün təşəkkür edirik. Nurgül hədiyyəyə görə məni qısqanır... Siz çox kübarsınız. Buradan hər dəfə çiçəklərlə, hədiyyələrlə gedirik. Həqiqətən də evimiz Bakıdan apardığımız hədiyyələrlə doludur. Film sizə əmanətdir. Buradan çıxan kimi "twitter"də yazırsınız ki, hər kəs "İkinci şans" filmini izləsin".
Qeyd edək ki, film təqdimatından sonra ənənəvi olaraq keçirilən mətbuat konfransı ləğv edilib. Buna səbəb Özcan Dənizə hava limanında mətbuat nümayəndəsinin ondan 19 yaş kiçik aktrisa Afra Saraçoğlu ilə sevgili olub-olmaması ilə bağlı sual olub.
Qeyd edək ki, Afra Saraçoğlu "İkinci şans" filmində "Çiçək" obrazını canlandırıb. Film romantik dram janrında çəkilib. Filmdə Özcan Dəniz, Nurgül Yeşilçay, Mesut Can Tomay, Afra Saraçoğlu və başqaları çəkilib.




Offline
  • Şərh №: 1
  • 20 mart 2017 13:32
  • Xəbər sayı: 14
  • Şərh sayı: 122
Coox beyenirem qewenqdi

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər