Özəl:

Yaşa dolduqca kişiləri heyran edən azərbaycanlı xanımlar



Yaşa dolduqca kişiləri heyran edən azərbaycanlı xanımlar
Yaşı 40 haqlayan, lakin hər zaman baxımlı görünən azərbaycanlı məşhurların siyahısını müəyyənləşdirilib.
 
Brillant Dadaşova: 50 yaş

Səhnəmizin brilyantına illər qətiyyən təsir etmir. 50 yaşlı Xalq artisti ildən-ilə daha da cavanlaşır, hətta cavan qızlar belə onun ideal bədən quruluşuna həsəd aparır. Müğənni cavan qalmağının sirrini ilk növbədə genləri ilə əlaqələndirir, həmçinin sağlam qidalandığını vurğulayır: "Yediyimiz qidalara mütləq diqqət etməliyik. Bəlkə də mənim bəxtim onda gətirib ki, balacalıqdan arıq olmuşam, bütün xanımlar kimi dünyaya uşaq gətirdikdən sonra kökəlmişəm. Əvvəlki çəkiyə qayıtmaq üçün qidaya, idmana, sağlamlığa diqqət etmək lazımdır. Desəm ki, heç vaxt un məhsulları yemirəm, yalan olar. Ayda bir dəfə şirniyyat, ya da düşbərə yeyə bilərəm. Ancaq buna baxmayaraq alınan kalorini idman etməklə verirsən və heç bir təhlükəsi qalmır. Həm də rasionunuzdan çörəyi çıxarmısınızsa, onda ayda bir dəfə unlu məhsulun ziyanı olmaz. Çörək və şirniyyatlar bədən üçün ağır olan məhsullardır”.
 
Nərgiz Cəlilova:  56 yaş
Məşhur aparıcı Nərgiz Cəlilova gənc görünməsinin xüsusi bir sirrinin olmadığını deyir: "İnsan başqalarına qarşı münasibətdə nə qədər xoşniyyətli olsa, o, daha çox öz təravətini saxlayır. Mən müəyyən mənada formamı saxlaya bilmişəm. Əvvəla, buna allahın lütfü deyərdim. Heç vaxt nə arıqlayıb, nə də kökəlməmişəm. Bədən quruluşu, üz cizgiləri o vaxt korlanır ki, siz kökəlib arıqlayırısınız. Xanımlarımız çalışsın ki, eyni çəkidə qalsınlar. Çox kökəlib, çox da arıqlamasınlar. İdman zallarına getmirəm. Özümün xüsusi hərəkətlərim var ki, onları edirəm. Bir də üzməyi sevirəm. Tez-tez olmasa da, hərdən məşğul oluram”.
 
Fəxriyyə Xələfova: 46 yaş

Azərbaycanlı rəssam-modelyer, parfümer, əməkdar incəsənət xadimi – Fəxriyyə Xələfova yaşa dolduqca gəncləşir. İdmanla məşğul olmağa vaxtı olmadığını deyən 46 yaşlı məşhur uzun illərdir ki, çörəkdən imtina edib: "İdman etməsəm də, yoqa ilə məşğul oluram. Çörəkdən imtina etdiyimə görə, çoxları elə bilir ki, ac qalıram. Amma belə deyil, sadəcə rejimimi bu cür qurmuşam. Yediklərimə diqqət edir və sağlam qidalanmağa çalışıram”.
 
Sənubər İsgəndərli: 56 yaş

Xalq artistinin bu yaşda belə gözəl qalmasına ancaq həsəd aparmaq olar. Aktrisa pəhriz saxlamağı sevməsə də fitnes dəlisidir. S.İsgəndərli daim üz dərisinə qulluq etdiyini və 26 ildir idmanla məşğul olduğunu deyib: "Gözəl görünmək istəyən öz üzərində daim çalışmalı, neqativlərdən uzaq olmalıdır. Bir xanımın ətrafı yaxşı insanlarla əhatə olunubsa, onun qəlbi də gözəldir, deməkdir. Baxımlı olmağa hər zaman diqqət edirəm. Daim kosmetoloqlara gedir, pilinqlər, müxtəlif maskalar edirəm. Hər gün üz, əl və bədən kremləri çəkirəm. Həftənin üç gününü idmana ayırıram. Çəkilişlərim olduğu günlərdə belə idman etməyə önəm verirəm. İdmandan sonra ən az yarım saat üzürəm. Bunlar həyatımın ən vacib elementləridir”.
 
Suğra Bağırzadə: 70 yaş
Surğa Bağırzadənin 70 yaşı olduğuna inanmaq mümkün olmasa da, bu həqiqətdir. Aktrisa digər məşhurlardan fərqli olaraq təvazökarlıq etmir. O, gənc qalmaq istəyən xanımın özünə mütləq şəkildə qullu etməli olduğunu söyləyir. Onun sözlərinə görə, insanda özünə qulluq vərdiş olmalıdır: "Əgər bu vərdiş olmasa, nə edirsən et, sən axıra kimi özünü qoruya bilməyəcəksən. Uuniversitetdə oxuyandan bu günə kimi idmanla məşğul oluram. Cavan vaxtlarımda isə daha çox aerobika zallarına gedirdim. Daxili və xarici görünüşüm üçün, səhhətim üçün nə xeyirdirsə mən artıq onu vərdişə çevirmişəm. Hərdən olur ki, tənbəlləşirəm, deyirəm ki, bu gün idman etməyəcəyəm. O gün özümün-özümdən zəhləm gedir. Maska etmək elə də bir çətin proses deyil. Bunu ev işlərini görən zaman, yemək bişirən zaman da etmək olur. Mən kəsmiklə olan maskaları, meyvə tərəvəzlə olan maskaları edirəm”.
 
Məleykə Əsədova: 49 yaş
Xalq artisti Məleykə Əsədova da bir çox həmkarları kimi gözəlliyini qorumaq, gənc qalmaq üçün mütəmadi olaraq idman edir. Aktrisa hesab edir ki, daxili gözəl olan insanların üzü də gözəl olur: "Qəlbi təmiz saxlayanda gözəllik gözlərə vurur. Bədənimin heç bir yerində plastik əməliyyat yoxdur. Bircə burnumu etdirmişəm, onu da heç vaxt gizlətmirəm. Plastik əməliyyata pis baxmıram. Adi insanlar da etdirir. Mən səhnə adamıyam, lazım gəlsə, bunu edərəm. Heç gizlətməyəcəm də. Dərim isə anadangəlmə belədir”.
 
Xumar Qədimova: 50 yaş  
Müğənni formada qala bilmək üçün şirniyyatdan imtina edənlər siyahısındadır. Ulduz dərisinin təravətli qalmaq üçün gündə 2 litr su içdiyini söyləyir. Xumar Qədimova dəri gözəlliyini qorumaq üçün müxtəlif maskalar istifadə edir: "Mənim dərim qurudur, bananla yumurtanın ağını qatıram, yaxıram üzümə. Bu maska üzümə çox yaxşı təsir göstərir, elastikliyi bərpa edir. Gün ərzində bir neçə qoz, bir neçə badam yeyirəm. Bu cür yüngül qidalanma insana çox köməklik göstərir. Bizim xanımlar onsuz da gözəldirlər, bunlara əməl etsələr, lap gözəl olacaqlar. Bir də ki, həmişə sevsinlər. Sevgi insanı gözəl, təravətli saxlayır, həm də arıqladır”.
 
Mehriban Zəki: 49 yaş
O, heç vaxt pəhriz saxlamadığını, lakin sağlam qidalandığını etiraf edir: "Çalışıram hər zaman əhvalımı yüksək tutum. Bu, məni təravətli göstərir. Heç vaxt xüsusi pəhriz saxlamıram. Yeməyi çox sevirəm və onsuz qala bilmərəm. Bununla belə, çalışıram az-az və tez-tez yeyim”.
 
Nazpəri Dostaliyeva: 55 yaş
Nazpəri Dostaliyevanın qənaətinə görə, gözəllik insanın daxilində olmalıdır. Xalq artisti özünün xarici gözəlliklə daxili gözəlliyin vəhdətini təşkil etdiyini də vurğulayıb. Onun fikrincə gənc qalmaq istəyən xanım bəzi rituallara əməl etməli, əziyyət çəkməlidir: "İstər sənətdə, istər başqa sahədə olan xanımlarımız xarici görünüşlərinə mütləq fikir verməlidir. Bütün xanımlara idmanla məşğul olmağı tövsiyə edirəm. Elə öz evlərində yuxudan oyanan kimi bir neçə hərəkət etsinlər. Bu, həm daxili orqanların sağlamlığıdır, həm də xarici gözəlliyin üstünə bir da gözəllik gətirir. İdman mütləqdir”.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər