Özəl:

İrina Şeyk və qara brilyant kralı Bakıda



İrina Şeyk və qara brilyant kralı Bakıda
Bakıda keçiriləcək "Formula 1” yarışması çərçivəsində "Billionaire Club”-da 3 gün ərzində "Grisogono”, "Chopard” və "Graff”   zərgərlik brendləri ilə birlikdə fövqəladə axşam keçiriləcək.
 
Publika.az-ın məlumatına görə, "Grisogono” brendinin yaradıcısı və dahi zərgər Favaz Qruozi öz ulduz rəfiqəsi, amerikalı top-model və milyonların varisi Bella Hadid ilə birlikdə Bakıya gələcək. "Qara brilyant kralı” dünyanın bir çox stil ikonaları və ulduzları ilə dostdur. Onun təşkil etdiyi  dəbdəbəli əyləncə gecələrini İrina Şeyk, Naomi Kempbel, Şeron Stoun, Ornella Muti, İzabel Acani və s. bu kimi məşhurlar olmadan təsəvvür etmək olmur.
 
İkinci gözlənilən tədbir "Chopardredcarpet”dir. Bu gecədə Karolina Şoyfel ilə zərgərlik evinin kreativ direktoru və prezidentinin iştirakı gözlənilir. Sözügedən brendin kreativ direktoru ilə birlikdə dünyanın moda əfsanəsi Petra Nemkova, eləcə də dünyanın moda əfsanəsi Yeva Qerçiqovanın Bakıya gələcəyi deyilir. Hər iki gözəl Karolina Şoyfelin yaxın dostudur və onlar öz sevimli brendini dəstəkləmək imkanını heç vaxt əldən buraxmırlar. Gecəyə İsveçrə xəzinəsinin pərəstişkarı olan Lena Del Rey və Marion Kotiyarın gəlib-gəlməyəcəyi isə hələlik məlum deyil.
 
Üçüncü gün dünya zərgərlik sənayesinin liderlərindən biri olan "GRAFF” brendinin əyləncə gecəsi təşkil olunacaq. Məlumat üçün bildirək ki, "GRAFF” dünyanın bir çox krallarının zərgərlik  təchizatçısıdır. Zərgərlik brendinin pərəstişkarları arasında daha çox dünya miqyaslı ulduzlar Şeron Stoun, Qvinet Peltoru və Madonnanı misal çəkmək olar. Nəzərə alsaq ki, ilk iki axşam bir çox məşhur simaların Bakıya gəlişi gözlənilir, onda "GRAFF" brendinin də gecə üçün sürprizlər hazırlaması və dünya ulduzlarının iştirakı istisna deyil.
 
"Italdizain Group” şirkətinin PR-xidməti  onların gəlməsi ehtimalını istisna etməyib və vəd edib ki, qonaqları səs-küylü hadisələr gözləyir. Bizə yalnız gözləmək və izləmək qalır.
 

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər