Özəl:

Məşhur model 5-ci övladını doğdu



Məşhur model 5-ci övladını doğdu
Rusiyanın məşhur modeli Natalya Vodyanovanın 5-ci övladı olub.

YeniQadın.Biz bildirir ki, modelin yeni dünyaya gəlmiş övladı oğlandır. Məşhur model "İnstagram" səhifəsində bu barədə məlumat yayıb.

"Şənbə günü erkən saatlarında bizim ailədə daha bir kişi artdı. Romaşka (Roman) artıq evdədir və qardaşları və bacılarının yanında dünyanı tanımağa başlayıb. Antuan qürurludur, mən isə yorğun və xoşbəxtəm. Səbirsizliklə yayı gözləyirəm ki, bir az dincəlim", - model körpənin şəklini sosial şəbəkədə paylaşaraq yazıb. Natalya Vodyanova izləyicilərinə və ona dəstək olanlara təşəkkür edib. 

Modelin 4 oğlu və 1 qızı var. Natalya Vodyanova iki dəfə ailə qurub. Onun birinci həyat yoldaşı britaniyalı aristokrat Castin Trevor Berkli Portman olub. Məşhur modelin ilk ərindən 2 oğlu və 1 qızı var. Hazırkı həyat yoldaşı fransalı Antuan Arnodur. Cütlüyün 2 oğlu var. N.Vodyanova ən varlı modellərdən biri hesab olunur.
 

 


İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər