Bazar günü dünyasını dəyişən aktrisa Oya Aydoğanın dəfn mərasimində baş verənlər birmənalı qarşılanmır.
YeniQadın.Biz-in məlumatına görə, məşhurların çoxluq təşkil etdiyi mərasimə qatılanlar onlarla selfi çəkdirmək üçün növbəyə durublar. Bu isə məşhurlar və mərhumun yaxınları tərəfindən ədəbsizlik kimi qələmə verilib.
Jurnalist Esin Ovet bu haqda fikirlərini belə şərh edib:
"Bizim insanların ölüyə. cənazəyə, mərhuma hörməti yoxmuş. Kədərli gününüzdə hansı ağılda olursunuz bilmirəm, amma belə etməyin. Yazıqdır, ayıbdır, günahdır. Bir qadın uşağını tanınmışların yanına gətirib fotolarını çəkmək istəyirdi. Digəri hamını videoya çəkirdi, biri isə tək-tək selfi xahiş edirdi. Heç jurnalistlər belə çəkmirlər".
loading...