Özəl:

Uşaqlığın son küçəsi



Uşaqlığın son küçəsi
"Neçə illər küçədə qalmışam, başıma pis işlər gəlib. Bir həftədir məni bura gətiriblər”.

Bu sözləri 17 yaşı hələ tamam olmamış xanım deyir. Şərti olaraq Nata deyə çağıracağımız yeniyetmə "Təmiz Dünya” İctimai Birliyinin sığınacağına yerləşdirilib. O, 5 aylıq hamilədir.

Ona ilk dəfə 12 yaşında atalığı təcavüz edib. Baş verənlərin ağrısını hələ də hiss etdiyindən bu barədə danışmaq istəmir. Bircə onu deyir ki, həmin hadisədən sonra anası bildiyi qadının qızı olmadığını öyrənib: "Atalığımın etdikləri barədə anama dedim. O, əvvəlcə atalığımla dalaşdı, sonra isə barışdı. Bundan sonra mən öyrəndim ki, heç o qadının da öz qızı deyiləm. Məndən başqa bir qızı var idi. Buna görə də mən öz anamı axtarmaq üçün evdən getdim”.

Nata bir müddət küçədə yaşayandan sonra öz anasını tapır. Daha doğrusu, onu böyüdən qadın əsl anasının kim olduğunu deyir: "Məni saxlayan qadın da, öz anam da küçədə dilənirlər. Anamın başqa oğlu, qızı var. Bir kişi ilə yaşayırdı. Kirayədə qalırdılar. Bir müddət onlarla yaşadım. Bacım, qardaşım məni çox istəyirdilər. Qardaşım balaca olduğundan o da anamla dilənirdi”.

Natanın taleyi yeni ailəsində də gətirməyib. Yenə eyni vəziyyətlə üzləşib. Bu dəfə də anasıyla yaşayan kişi ona tamah salıb: "İndi də bu atalığım təcavüz etdi. Məndən əvvəl bacıma da təcavüz etmişdi. O, bu barədə mənə dedi. Mən də anama dedim. Ancaq anam inanmadı. Buna görə də mən evdən getdim. Aylarla küçədə yaşadım. Sonra bir gün yenə anamla rastlaşdım, o, məni təkrar evə gətirdi. Artıq başqa kişi ilə yaşayırdı”...

Natanın danışdıqlarından aydın olur ki, anasının görüşdüyü kişilər əslində onun və bacısının həyatını qaraldırmış: "Həmin kişi bacıma "ilişirdi”. Telefonunda pozğun şeylər vardı, bacımı onunla incidirdi. Mən də telefonu aldım ki, polisə verim. Əlimdən alıb sildi. Bir şəkil vardı. Mən də onu Hicran adlı sahə müvəkkilinə verdim, şikayət etdim. Ancaq polis ona heç nə etmədi, buraxdı. Sonra mənə dedilər ki, o evdən çıxım. Mən də dedim ki, niyə getməliyəm? O kişi bizimlə yaşamasın, getsin. Buna görə də anam mənimlə düşmən oldu. Mən həmin atalığımdan Yasamal rayon Polis İdarəsinə də şikayət etdim. Ancaq anam pul verib, həmin kişini qurtardı. Bundan sonra mən yenidən küçələrə düşdüm. İndi heç bilmirəm anam hardadı...”

Təkrar küçə həyatına atılan azyaşlı əsasən internet klublarda gecələyirmiş. Gündüzlər isə kilsədə olurmuş: "Mən xristianam. Daha doğrusu, rus və yəhudinin qarışığı. Ona görə də kilsəyə gedirdim. Bir müddət orada işlədim. Sonra dedilər ki, balacasan, mənə iş vermədilər. Ora gələn adamların verdiyi yardımlarla yaşayırdım”.

Nata deyir ki, küçə həyatı yaşadığı 5 il ərzində heç kim onunla maraqlanmayıb: "Biz polislərdən qaçırdıq. Çünki onlar adamı tutub aparırlar Binəqədiyə, bir ay orda saxlayıb yenidən buraxırlar. Balaca olanda anamla məni tutub aparmışdılar Xətaiyə, dilənçilərin saxlanıldığı yerə. Orda kartonun üstündə yatırdıq. O vaxtdan böyrəyimdə xəstəlik əmələ gəldi. Başqa heç kim bizimlə maraqlanmırdı. Bir dəfə özüm metroda vurulmuş elandan telefon nömrəsini götürüb, "qaynar xətt”ə zəng etmişəm. O elanda yazılmışdı ki, əgər sizi incidirlərsə, zəng vurub şikayət edin. Mən də etdim. Ancaq heç kim maraqlanmadı, məni axtarmadı”.
 

 

 
Natanın sözlərinə görə, küçədə o qədər təcavüzə məruz qalıb ki, heç dünyaya gələcək övladının atasını tanımır: "Üzdən tanıyıram, ancaq kim olduğunu bilmirəm. Onunla bir daha heç rastlaşmadım”.

Hamilə qaldıqdan sonra Nataya yenə analığı – onu saxlayıb-böyüdən qadın yardım edıb. Qadının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciətindən sonra yeniyetmə sığınacağa yerləşdirilib.

Başına gələnlərə baxmayaraq, gözlərində hələ də uşaq məsumluğu gizlənən Nata yenidən küçəyə qayıtmaq istəmir. İndi onun arzusu övladına yaxşı həyat verməkdir.

"Mən onu heç kimə vermək fikrində deyiləm. Bilirəm, o, mənim kimi olmayacaq. Ona yaxşı ana olacam. Mən onu böyütmək, yaxşı həyat vermək istəyirəm. İstəmirəm heç bir uşaq mənim kimi küçəyə düşsün. Gərək analar bunu fikirləşib, uşaqlarının qayğısına qalsınlar” – deyir, Nata.

Orta məktəbə getməyən Nata Azərbaycan və rus dillərində oxuyub-yazmağı bacarır: "Kompyuterdə işləmək və ya saç ustası olmaq arzusundayam. İstəyirəm işləyib övladımı saxlayam. Bura gələndən sonra həkimə də getmişəm, hamiləliyim normal keçir. Hələ dünyaya gəlsin... Ancaq sonra nə olacaq, bilmirəm”.

Hazırda Nata psixoloji və hüquqi yardım alır. Ona təcavüz edən şəxslər müəyyənləşərsə, barələrində Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə cinayət işi açılacaq. Ancaq bunlar hələ gəncliyinə qədəm qoymamış problemlər girdabına düşən Natanın həyatında hansısa rol oynamayacaq. İndi ona yalnız xeyirxah insanların dəstəyi lazımdır...
loading...
Offline
  • Şərh №: 4
  • 18 mart 2017 20:36
  • Xəbər sayı: 0
  • Şərh sayı: 71
Allah kömek olsun,şerefsizlerin belasını versin
Offline
  • Şərh №: 3
  • 18 mart 2017 17:31
  • Xəbər sayı: 7
  • Şərh sayı: 151
inşallah bundan sonraki heyati istediği kimi olar
Offline
  • Şərh №: 2
  • 28 iyun 2015 23:44
  • Xəbər sayı: 0
  • Şərh sayı: 8
Allah qorusun
Offline
  • Şərh №: 1
  • 22 iyun 2015 10:59
  • Xəbər sayı: 0
  • Şərh sayı: 51
Herenin bir taleyi var Allah yardcsi olsun.verdiyine wukur Rebbimin

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər