Özəl:

Balamızı Pir Allahıda zorladılar



Balamızı Pir Allahıda zorladılar
Bu yazını bir ata kimi yazıram, özü də amansızlıqla öldürülən Ayişənin yaşıdı olan qız atası kimi.
Aişənin ölüm xəbərini oxuyandan sonra ölümə aparan bütün yolları sevdim. Ən dəhşətlisini belə... Təkcə Ayişə kimi öldürülməkdən savayı... Yəqin ki, bu hadisədən sonra Aişənin atası, anası da balaları üçün hər cür ölümə razı olardılar, təki beləsi olmayaydı. Nə yazıq ki, insanın ölümlərin içindən ölüm seçmək kimi bir bacarığı yoxdur. 

Bu gün bütün ölkədə hər kəsi sızladacaq, valideynləri isə qorxuya salacaq hadisə baş verdi. Adı Pirallahı olan rayonda 5 yaşlı Aişəni atası yaşında olan qonşusu Yakov Çernov zorladı, sonra isə boğdu. Qızcığazın manyaka yem olmasına görə valideynlərini qınayanlar da oldu. Azyaşlı uşağı diqqətdən kənarda saxladığına görə deyindilər.

Sonra öyrəndik ki, Aişənin anasının diqqətsizliyindən söhbət belə gedə bilməz. İki gün əvəl ananın üstünə qaynar su dağılaraq yanıb və xəstəxanaya yerləşdirilib. Lakin ən böyük yanğın qabaqda imiş. Sağalmaz, yeri heç zaman qaysaqlamayacaq yara. Ananın ilk olaraq dərisi, sonra isə içi yandı. Bəlkə də bala yanğısına dözmək üçün tanrı onu dəri sızıltısı ilə baş verəcək dəhşətli yanğıya hazırlayırmış. 

Ancaq qəlb yanğısı müalicəsizdir, heç bir həkim buna çarə tapmayıb.

Nə bilmək olar, bəlkə həmin yaşayış məskəninin adı Pirallahı olduğuna görə Allah bizi belə dərdlə sınağa çəkir? 

loading...
Offline
  • Şərh №: 3
  • 15 iyun 2015 08:05
  • Xəbər sayı: 0
  • Şərh sayı: 73
Eledini 100 qatin turmede bawiva acacaqlar peti
Offline
  • Şərh №: 2
  • 30 may 2015 17:57
  • Xəbər sayı: 1
  • Şərh sayı: 34
Allah lenet elesin ele mundar insanlara allah sebr versin.
Offline
  • Şərh №: 1
  • 30 may 2015 11:31
  • Xəbər sayı: 6
  • Şərh sayı: 223
Allah ailəsinə səbr versin

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər