Özəl:

45 yaşlı kişiyə öz qohumları 20 ildir təcavüz edirmiş



45 yaşlı kişiyə öz qohumları 20 ildir təcavüz edirmiş
Türkiyənin Zonquldaq vilayətində əqli üzrlü olan 45 yaşlı kişi A.A. 20 il müddətində bəzisi öz qohumu olan 10 nəfərin təcavüzünə məruz qalıb.

Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə A.A.-nın təcavüzçülərdən biri tərəfindən döyülərək xəstəxanaya düşməsindən sonra məlum olub. A.A. polisə verdiyi ifadədə 20 ildir məhəlləsində bəzi şəxslər tərəfindən zorlandığını deyib.

A.A.nın ifadəsi ilə onun qohumları olan E.A., K.G., F.A., F.D., V.Ç., C.Ç., C.D., C.A., H.D. və S.A. polis tərəfindən saxlanılıblar.

Daha sonra məhkəməyə çıxarılan şübhəlilərdən bəzisi ittihamları qəbul etməyib, bəzi şübhəlilər isə A.A.-nın öz razılığı ilə onunla cinsi münasibətdə olduqlarını deyiblər.

Şahid ifadələrinə müraciət etmək üçün məhkəmə təxirə salınıb.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər