Özəl:

"Evə fahişələr gətirib, hicablı arvadının gözü önündə..." - Sumqayıtda



Sumqayıtda 3 uşaq anası həyat yoldaşının seksual zorakılıqlarına dözə bilməyib və evdən qaçıb.

Bu barədə Təmiz Dünya İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, qadın birliyə pərişan halda daxil olub:

"Bədəni gömgöy, üzü-gözü cırıq-cırıq idi. Qarnında bıçaq izləri var idi. Əri onu bütün günü döyürmüş. Gecələr də işgəncə ilə seksual tələblərini həyata keçirirmiş. Qadının qarnında bıçaq yarası var, deyir ki, əri onu cinsi münasibətdə olmağa məcbur edirmiş. Qadın da razı olmayanda onu hədələyirmiş, bıçaqla xəsarətlər yetirirmiş”.

M. Zeynalovanın sözlərinə görə, birliyə sığınan qadının əri evə özü ilə başqa qadınlar da gətirirmiş: "Evə eyni vaxtda bir neçə qadınla gəlirmiş. Arvadı etiraz edəndə də deyirmiş ki, öz evimdir, kimi istəsəm gətirəcəm”.

Məlumata görə, qadın döyülmüş vəziyyətdə Sumqayıt polisinə üz tutub: "Ona bildiriblər ki, cinayət işinin qaldırılması üçün ekspertiza rəyi lazımdır. Amma qadın çarşabda olduğu üçün ekspertizadan imtina edib. Buna görə də kişi cəzasız qalıb. Yeganə istəyi o kişidən boşanmaqdır”.

Birlik sədri deyir ki, qadın evdən qaçarkən uşaqlardan birini özü ilə götürə bilib. Məsələnin Sumqayıt şəhər Prokurorluğunda araşdırılacağı bildirilir./aznews.az/
loading...
Offline
  • Şərh №: 2
  • 14 dekabr 2016 15:52
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1240
ALLAH CEZASİNİ VERSİN ECLAF ADAM
Offline
  • Şərh №: 1
  • 22 noyabr 2016 16:45
  • Xəbər sayı: 4
  • Şərh sayı: 157
Allah cezasini versin

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər