Özəl:

Övladı qarşısında aciz qalan ana



Övladı qarşısında aciz qalan ana
 1. Salam. Özünüz haqqında zəhmət olmasa məlumat verin.
- Salam.Adım Pərvindir, qisaca olaraq bunu deyə bilərəm

2. Necə olduki xeyriyyə dəstəyi yaratmağı qərara aldınız?
-  Neçə illərdir uşaq evlərinə,qocalar evlərinə gedirdik bir müddət ara verdim ,bu yaxınlarda yenidən başladım bu işlə məşğul olmağa,insanlara az da olsa köməklik edirəmsə,üzlərini güldürməyi bacarıramsa, nə xöşbəxt mənə.Təbii mən bunu tək yox, ətrafımın dəstəyi ilə edirəm.

3. Niyə məhz tənha analar?
-Adımız Sevinc Tənha Analara dəstək - dir. Bu mənim anamın adı ilə bağlıdır.Anam məni tək böyütdüyü və özü də başı dik  ayaqda durmağı bacardığı üçün bu birliyin adı "Tənha Analar" dır. Ana müqəddəs varlıqdır. Analar övladlarının yer üzündəki qoruyucu mələkləridir.İsrəmirəm heç bir ana övladları qarşısında aciz, boynu bükük qalsın.

4.  Hər bir insan yaşa dolduqca özünü tanımağa başlayır. Həyatda özünə bir yol seçir. Yəni xeyriyyəçiliklə məşğul olmağı insana kimsə deməlidir, yoxsa buna şərait yaranmalıdır?
- Bu insanın öz içindən, daxilindən gələn bir istəkdir. Xeyriyyəçiliyi insana heç kim nə sevdirə bilməz,nə də məcbur edə bilməz!

5. "Sevinc Tənha Analar" dəstəyi neçə müddətdir fəaliyyət göstərir və bu yolda neçə könüllü sizlə bərabər gedir? 
- Biz bu yola təzə çıxmışıq,mənə bu yolda dəstək verən yavaş-yavaş artır.İnanıram ki, gələcəkdə istedədiyimiz nəaliyyətə çatarıq.

 6.  Atasızlığınızı ən çox nədə hiss etmisiz?
- Atasızlığı özümü anladığım gündən hiss eləmişəm.Amma əsl atasızlıq dönəmi mənim üçün 16 yaşımda babamı itirdiyim gündən başlayıb.

7. Siz özünüzü şanslı xanım hesab edirsiz?
Bəli,şanslıyam. Ətrafımda mənə dəyər verən,anlayan dostlarım, ailəm var.Uğurlarımla fərəhlənən,məni həyatından artıq sevən anam var deyə özümü şanslı hesab edirəm.

8. Hansı zəif cəhətiniz var ki, onu dəyişmək istəyirsiniz?
- Özümdə dəyişmək istədiyim bir çox cəhətlərim var,amma zəif cəhətim insanlara tez inanmağımdır. Onu istəyərdim dəyişəm

9. Bildiyim qədəriylə subaysınız. Pərvin xanım üçün ailə nədir?
Bəli subayam.Ailə mənim üçün hər şeydir.Qadının həyatında ən yüksək ali karyerası onun gözəl bütöv ailəsinin olmağıdır.

10. Xeyriyyə işlərində olmaq,belə bir dəstək qrupu yaratmaq üçün insanda hansı keyfiyyətlər olmalıdır?
- İnam və etimad qazanmağı bacarmaq.Xeyriyyə işi çətin bir yoldur,dürüstlük və düzgünlük tələb edir.

11. Rəhbəri olduğunuz dəstək qrupunda nəyi tələb edirsiniz sizinlə birgə işləyənlərdən?
- Bizim qrupun üzvləri xanımlardan ibarətdir.Mənim bircə tələbim və istəyim onlardan düzgünlük və məsuliyyətli olmalarıdır.

12. Kömək etdiyiniz insanlardan gözləmədiyiniz xoşa gəlməz münasibət görmüsünüz?
Bəli olub,naşükürlük daha çox görmüşəm.Yalançılıq görmüşəm və belə insanlar gördükcə bir az məyus oluram.

13. Pərvin xanım, sizin özünüzün nə vaxtsa köməyə ehtiyacınız olub?
-  Hər bir insanın həyatında çətin anları olub,sadəcə o pilləni atlamaq üçün səbr və güclü inam lazımdır .

14. İnsanlar niyə əl tutmalıdır?
- Əgər bir insana Allah az da olsa imkan və sağlamlıq veribsə, insanların Allah qarşısında borcudur ki, imkansız, əlacsız insanlara əl tutsun.

15. Bu gözəl və çətin işdə sizə yalnız uğur arzu edirəm və belə gözəl söhbət üçün təşəkkür edirəm. Sonda dəyərli istifadəçilərimizə sözünüz.

- Çox sağ olun.Gəlin əl-ələ verib birimiz hamımız üçün,hamımız birimiz üçün əlimizdən gələn köməkliyi əsirgəməyək.

Müəllif: Aytən Mələk
loading...

Oxşar xəbərlər

Offline
  • Şərh №: 1
  • 24 mart 2016 16:47
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1240
tesekkurler xebere gore

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər