Özəl:

Ərim şorgöz olduğuna görə, ona xəyanət etdim (oxucu məktubu)



Ərim şorgöz olduğuna görə, ona xəyanət etdim (oxucu məktubu)
Yeniqadin.biz-ə böyük maraq doğuran, məşhur MƏKTUB VAR layihəsi sayta ünvanlanmış növbəti məktubu sizə təqdim edir:

Həyatda çox səhvlərim olub. Sizinlə paylaşmaq istəyirəm ki, siz də o səhvləri etmiyəsiniz.
Həyat yoldaşımla sevərək evlənmişdim. Pis də yaşamırdıq. Bircə ərimin şorgözlüyü mənə əzab verirdi. Harda qadın, qız  gördü baxırdı, üzümü çevirməyə peşman olurdum. Birinə öpüş göndərirdi, birinə göz vururdu, başqasına nömrə verirdi. 
Əslində mənimlə çox yaxşı rəftar edirdi. Əlinin içində saxlıyırdı,  2 öladımız var idi. Neyniyirdim o xasiyyətini tərgitdirə bilmirdim...
Mən çox gözəl, baxımlı, savadlı, ev işlərində bacarıqli biriyəm. Yəni bizim bircə problemimiz ərimin şorgözlüyü idi.
Bu məni çox alçaldırdı, gecəm - gündüzüm yox idi. Ürəyimdə olan o iztirabı necə sakitləşdirə bilərdim?
Və qərara aldım ki, mən ona xəyanət edəcəm. 
Bəzən sifarişlə tortlar bişirirdim. Yaxındakı firmada ad günü, özəl günlər olanda mənə müraciət edirdilər. Orada bir cavan oğlanin mənə xüsusi diqqət etdiyini hiss edirdim. Bir gün tortu gecə aparmalı oldum, ərim ofisə girdiyimi görüb, maşında çıxmağımı gözləyib ki, birlikdə evə gedək, gecikdiyim üçün arxamca gəlib ofisə və məni həmin oğlanla tutdu.
Çox utanıram, çox peşmanam. Nə isə. İndi boşanırıq, uşaqlarımı da əlimdən alır. İndi fikirləşirəm ki, düz etməmişəm. 
Amma bütün olanlar tək mənimmi günahımdır?
Burda da hamı məni qınayacaq. Hazıram hər şeyə. Bilirəm çox böyük günah etmişəm.
Kaş ki, nəyisə dəyişə bilsəydim.
  • 2-02-2017, 22:39
  • 3792
  • 4
Offline
  • Şərh №: 4
  • 3 aprel 2017 01:40
  • Xəbər sayı: 0
  • Şərh sayı: 15
Cox pis veziyyetdi. Duz etmemisiz yoldawiniza xeyanet etmekle. Kiwilerin coxunun gozu coldedi ama bu o demek deyilki her kes yoldawinin xeyanetine xeyanetle cavab versin.
Offline
  • Şərh №: 3
  • 18 mart 2017 11:23
  • Xəbər sayı: 0
  • Şərh sayı: 71
Kişinin basqasına baxmagına göre özün özünü gühaha batırıb heyatını hec edibsen,daha burda kim kimi qınayacagnın sene ne faydası...
Offline
  • Şərh №: 2
  • 18 mart 2017 11:14
  • Xəbər sayı: 0
  • Şərh sayı: 24
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
Offline
  • Şərh №: 1
  • 11 fevral 2017 19:41
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1236
xeyanet etmekde sen gunahkarsan. amma ele birini nece sevib evlenmisem zelem gedir sorgozlerden onlara ancaq kuceqadinlari lazimdir onlar dozerler ona

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər